çempionlar Liqasının qrup mərhələsində PSJ-yə böyükhesablı məğlubiyyətdən (0:3) sonra "Real"ın baş məşqçisi Zinəddin Zidan futbolçulara istirahət verib. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, onun bu qərarı klub prezidenti Florentino Peresi qəzəbləndirib.

Oyunçuların dünənki günü məşq keçməməsi səbəbindən Peres idarə heyətini bir araya toplayıb. Prezident bunun biabırçı yenilgidən sonra oyunçular üçün mükafat olduğunu düşünür. İspaniya KİV-i isə "Real" rəhbərliyinin artıq Joze Mourinyo ilə danışıqlara başladığını iddia edib.

Qeyd edək ki, Zinəddin Zidanın təzminat məbləği 80 milyon avrodu.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest