Baş məşqçi Klod Le Roy Afrika Millətlər Liqasının seçmə mərhələsində Əlcəzairlə keçiriləcək qarşılaşmaya "Qəbələ"nin yarımmüdafiəçisi Lalavele Atakoranı da çağırıb.

Toqo yığmasının heyəti açıqlanıb. Matç.az saytının yerli mətbuata istinadən məlumatına görə, 22 nəfərlik siyahıda Azərbaycan çempionatında iştirak edən futbolçu da var.

Baş məşqçi Klod Le Roy Afrika Millətlər Liqasının seçmə mərhələsində Əlcəzairlə keçiriləcək qarşılaşmaya "Qəbələ"nin yarımmüdafiəçisi Lalavele Atakoranı da çağırıb. Həmçinin "Keşlə"nin hücumçusu Conatan Ayitenin "Fulhem"dəki qardaşı Floyd Ayite də qarşıdakı görüşdə iştirak hüququ qazanıb. Bundan başqa, yığmanın oktyabrdakı görüşlərindən imtina edən kapitan Emmanuel Adebayor növbəti dəfə yığmaya dəvət alıb.

Qeyd edək ki, Toqo Əlcəzairlə noyabrın 16-da qarşılaşacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest