Belarus çempionatının qalibi müəyyənləşib. Matç.az saytının məlumatına görə, sona 3 tur qalmış BATE çempionluğunu rəsmiləşdirib.

Ən yaxın izləyicisi "Şaxtyor"un büdrədiyi XXVII turda öz meydanında "Neman" üzərində qələbə qazanan (1:0) Borisov təmsilçisi əlçatmaz olub. Artıq rəqibindən 14 xal öndə olan BATE 15-ci dəfə Belarus çempionu olub.

2006-cı ildən bəri qızıl medalı heç kimə verməyən BATE eyni zamanda Belarusda ən çox çempion olan komandadı.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest