Avropa Liqasının bu gün keçiriləcək "Arsenal"la oyunu "Qarabağ"ın futbolçusu Filip Ozobiç üçün əlamətdar olacaq. Matç.az saytı xəbər verir ki, xorvatiyalı yarımmüdafiəçi turnirdə 25-ci qarşılaşmasını keçirəcək.

O, indiyədək qitənin ikinci dərəcəli klub turnirində 24 oyunda 4 qol vurub. Ozobiç Avropa Liqasında 3 klubun şərəfini qoruyub. "Hayduk" də "Qarabağ"da 3 matça çıxan futbolçu "Qəbələ"də 18 belə oyun keçirib.

Filip qollarını Azərbaycan təmsilçilərinin heyətində vurub. "Qəbələ"də 3 dəfə fərqlənən orta sahə oyunçusu indiki klubunda 1 dəfə rəqib qapısına yol tapıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest