"Düşünürəm ki, bəzi futbolçular "Lvov"la qarşılaşma zamanı şüuraltı olaraq özlərini "Qarabağ"la matça hazırlayırdı". Matç.az saytının məlumatına görə, bu sözləri Ukraynanın "Vorskla" klubunun baş məşqçisi Vasili Saçko Premyer Liqanın "Lvov"la görüşündən (2:0) sonra deyib.

Komandası qələbə qazansa da, futbolçuların bəzi səhvlərindən narazı qalan mütəxəssis bunu Avropa Liqasının "Qarabağ"la noyabrın 8-də keçiriləcək görüşü ilə əlaqələndirib. Saçko oyunçuların indidən həmin matçı düşündüyünü ehtimal edib: "Cümə axşamı keçiriləcək qarşılaşma asan olmayacaq. ümid edirəm ki, futbolçuların emosiyaları həmin matça da kifayət edəcək. çünki qələbədən sonra bərpa olunmaq və növbəti görüşü oynamaq asan olur. Bizim vəzifəmiz futbolçuları bərpa edib, emosional baxımdan hazırlamaqdı. Həkimlərimizin də xeyli işi olacaq".

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest