"France Football" nəşri tərəfindən hər il ən yaxşı futbolçuya verilən "Qızıl top" mükafatının təqdimat vaxtı məlum olub. Matc.az xəbər verir ki, mərasim dekabrın 2-də, Şalte teatrında olacaq.

"Qızıl top" mükafatının qalibi dünyanın müxtəlif yerlərindən olan 180 jurnalist arasında keçirilən sorğu nəticəsində müəyyənləşəcək.

2018-ci ildə "Qızıl top"u "Real"ın və Xorvatiya millisinin üzvü Luka Modriç qazanıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest