İspaniya La Liqa2-də XII tura yekun vurulmaq üzrədi. Matç.az saytının məlumatına görə, Azərbaycan millisinin üzvü Eddi İsrafilovun formasını geyindiyi "Alkorkon" bu turu evdə keçirib.

Liderlər qrupunda qərarlaşan komanda doğma azarkeşləri önündə autsayderlərdən olan "Rayo Mayadahonda"nı sınağa çəkib. Hər hissədə rəqibi bir dəfə cəzalandıran "Alkorkon" 2:0 hesablı qələbə qazanıb. Oyunu əvəz edilmədən keçirən Eddi 74-cü dəqiqədə passivinə sarı vərəqə yazdırıb.

Bu qələbə sayəsində xallarının sayını 24-ə çatdıran "Alkorkon" turnir cədvəlinin 2-ci pilləsinə yüksəlib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest