"Mançester Yunayted"in futbolçusu Viktor Lindelöf klubu ilə müqavilənin müddətini uzadıb. Matc.az xəbər verir ki, bu barədə sözügedən klubun rəsmi saytı məlumat yayıb.
Yeni müqaviləyə əsasən, isveçli müdafiəçi 2024-cü ilin iyununa qədər "qırmızı şeytanlar"ın uğurları üçün çalışacaq.
Qeyd edək ki, Lindelöf 2017-ci ildən İngiltərə təmsilçisində oynayır. O, indiyə kimi MY-də 74 matça çıxıb.