"Qarabağ"da güclü futbolçular var". Matc.az saytının məlumatına görə, bunu "Sevilya"nın baş məşqçisi Xulen Lopeteqi deyib. La Liqa təmsilçisi Avropa Liqasının qrup mərhələsinin ilk oyununu sabah "Qarabağ"a qarşı keçirəcək.

Oyunöncəsi mətbuat konfransında 53 yaşlı mütəxəssis jurnalistlərin suallarını cavablandırıb.

- Buna qədər "Atletik" və "Atletiko" Azərbaycan klublarına qarşı oyunlarda büdrəyib. Bundan xəbəriniz varmı?
- Əlbəttə ki, bura gəlmiş klublar haqda məlumatım var. "Qarabağ"ın heyətində güclü yerli və əcnəbi oyunçuların olması rəqiblər üçün qələbəni çətinləşdirir. Həmin vaxt "Qarabağ" digər klubların da işlərini çətinləşdirmişdi.

- Sabahkı oyunda xal itkisi sizin üçün nə demək olar?
- Bütün çətinliklərə baxmayaraq, qələbə qazanmağa çalışacağıq.

- Qarşıdan "Real"la çempionat oyununuz gəlir. Bunu nəzərə alıb, sabah heyətdə rotasiya etmək fikriniz varmı?
- Bizim üçün sadəcə bir oyun var, o da "Qarabağ"a qarşı.

- Avropa Liqasında ilk oyununuz olacaq. Məqsəd nədi?
- Sabah avrokuboklarda ilk oyunumuz olacaq. Bütün gözləntilərin qarşılığını verəcəyik.

- Start heyətini müəyyənləşdirmisinizmi?
- Sabah ən yaxşı heyəti meydana buraxacağıq.

- Hansı dəyişiklikləri planlaşdırırsınız?
- Bunu sabah biləcəyik. Təbii ki, bəzi dəyişikliklər baş verə bilər.

- Yalnız sabahkı oyunu düşünürsünüz, yoxsa "Real"la matç da beyninizdədi?
- Bütün atlara birdən minmək mümkün deyil. Yalnız bir ata minmən istəyirik. Bütün diqqətimizi sabahkı görüşə yönəltmişik.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest