"Mənim üçün özəl oyundu. Ümumiyyətlə, bu turnirdə iştirak etmək xüsusi hissdi. Turnir boyunca bütün oyunlardan zövq almağa və azarkeşlərimizi sevindirməyə çalışacağıq"

"Həmvətənlərimi salamlayıram". Matc.az saytının məlumatına görə, bu sözlər "Qarabağ"ın futbolçusu Miçel məxsusdu. İspaniyalı yarımmüdafiəçi Avropa Liqasının qrup mərhələsində "Sevilya" ilə keçiriləcək oyunöncəsi mətbuat konfransında fikirlərini bölüşüb.

O, çətin oyun keçirəcəklərini bildirib: "Sevilya" kimi komandaya qarşı oynamaq xoşdu. Mövsümün sonunda məşqçilərini dəyişmişdilər. Heyətlərində dəyişiklik edib, daha güclü futbolçular aldılar. Bizim də onlara qarşı arzularımız var. Uğurlu nəticə qazanmağa çalışacağıq".

- Rəqibin İspaniya klubu olması sizin üçün bir önəm kəsb edirmi?
- Mənim üçün özəl oyundu. ümumiyyətlə, bu turnirdə iştirak etmək xüsusi hissdi. Turnir boyunca bütün oyunlardan zövq almağa və azarkeşlərimizi sevindirməyə çalışacağıq.

- Komandada 3 ispan futbolçu var. Aranızda bu oyunla bağlı danışmısınızmı?
- üç gün əvvəl çempionat matçımız var idi, oyuna köklənmişdik. Bu gün bazada olacağıq, bu barədə danışmağa vaxtımız olacaq. Böyük kluba qarşı çıxış edəcəyik. Doğma azarkeşlərimiz önündə uğurlu nəticə göstərməyə çalışacağıq.

- Vaxtilə "Sevilya"ya qarşı bir neçə dəfə oynamısınız. Bu komanda ilə hansı oyun sizin üçün xüsusi yaddaqalandı?
- Bu, illər öncə olub. "Sportinq Xixon" və "Xetafe"də olarkən xoş və xoşagəlməz xatirələr olub. Həm qalib gəldiyimiz, həm də uduzduğumuz oyunlar olub. çempionlar Liqasında oynamağa can atan komandadı.

- "Sevilya"nın texniki heyətindən və ya futbolçularından tanıdığınız kimsə varmı?
- "Xetafe"də birgə oynadığım Serxio Eskudero var. Hələ ki, onunla görüşməmişəm. Yəqin ki, sabah belə bir imkanım olacaq.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest