"Bavariya"nın qapıçısı Manuel Noyer milli karyerasını başa vurmağa hazırlaşır. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, 33 yaşlı qolkiper AVRO-2020-dən sonra Almaniya yığmasından getməyi düşünür.

Onun "Barselona"lı həmkarı Mark-Andre ter Ştegenin sözlərindən məyus olduğu və bu üzdən ayrılmaq qərarına gəldiyi bildirilir.

Qeyd edək ki, Manuel Noyer 2009-cu ildən Almaniya yığmasının  əsas qapıçısıdı.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest