PSJ-nin yenicə heyətinə qatdığı Mauro İkardi komanda yoldaşları tərəfindən qəbul edilmir. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, Paris təmsilçisinin oyunçuları onunla yaxından münasibət qurmurlar.

Xüsusən də, komandanın argentinalıları Anxel Di Mariya və Leandro Paredes həmyerliləri ilə yaxın münasibət qurmurlar. Hər iki futbolçu millinin kapitanı Lionel Messi ilə yaxşı münasibətdə olduğundan və Maksi Lopesə qarşı hərəkətə görə, İkardi ilə söhbət etmir. Maraqlıdı ki, ulduz futbolçu yalnız əsas rəqibi olan Edinson Kavani ilə dostluq edir.

Qeyd edək ki, PSJ İkardini "İnter"dən birillik icarəyə götürüb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest