Avropa Liqasının qrup mərhələsi çərçivəsində ilk oyununu səfərdə "Qarabağ"a qarşı keçirəcək "Sevilya" yola düşüb. Matc.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, əndəlüs təmsilçisi paytaxtımıza 24 futbolçu ilə gəlir.

Ancaq onlardan Lukas Okampos cəzalı olduğu üçün oyunu buraxacaq. "Qarabağ" önündə baş məşqçi Xulen Lopeteqinin ixtiyarında 3 qapıçı, 8 müdafiəçi, 7 yarımmüdafiəçi və 5 hücumçu olacaq. Yalnız zədəli Nolito və cəzalı Lukas Okampos iştirak ərizəsinə salınmayıb.

Qapıçılar: 1. Tomaş Vaçlik (çexiya), 13. Bono (Mərakeş), 33. Alfonso

Müdafiəçilər: 6. Daniel Karriço (Portuqaliya), 20. Dieqo Karlos (Braziliya), 12. Jules Kunde (Fransa), 18. Serxio Eskudero, 23. Serxio Requlyon, 16. Xesus Navas (kapitan), 15. Alexandro Pozo, 3. Serxi Qomes

Yarımmüdafiəçilər: 25. Fernando (Braziliya), 17. Nemanya Qudelj (Serbiya), 10. Ever Baneqa, 22. Franko Vaskes (hər ikisi Argentina), 7. Roni Lopes (Portuqaliya), 21. Oliver Torres, 24. Xoan Yordan

Hücumçular: 9. Munas Dabbur (İsrail), 19. Luk de Yonq (Hollandiya), 14. çiçarito (Meksika), 30. Brayan Gil, 11. Munir El-Haddadi

Qeyd edək ki, "Qarabağ" - "Sevilya" oyunu sentyabrın 19-da Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest