İtaliya A seriyasının III turunda "Fiorentina" səfərində büdrəyən (0:0) "Yuventus", bu azmış kimi bir futbolçusunu da itirib. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, yarımmüdafiəçi Duqlas Kosta sıradan çıxıb.

Florensiyadakı qarşılaşmanın 8-ci dəqiqəsində zədələnərək əvəzlənən 29 yaşlı futbolçu bir neçə matçı buraxmalı olacaq. O, çempionlar Liqasının qrup mərhələsində sabah "Atletiko" ilə keçiriləcək səfər görüşündə iştirak etməyəcək.

ümumiyyətlə, iki həftə komandadan ayrı qalacaq Kosta oktyabrın əvvəlində yenidən tibbi müayinədən keçəcək. Yalnız ondan sonra onun nə zaman sıraya dönəcəyi müəyyənləşəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest