"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqibi "Vorskla" Azərbaycan çempionu ilə oyunöncəsi Ukrayna Premyer Liqası görüşünə çıxıb. Matç.az saytının məlumatına görə, Poltava təmsilçisi XIV turu səfərdə keçirib.

"Vorskla" Lvovda eyniadlı komandanın qonağı olub. Qonaqlar ilk hissədə vurduğu 2 cavabsız qolla qələbə qazanıb. 19-cu dəqiqədə Pavel Rebyonok, 39-cu dəqiqədə isə Najeb Yakubu fərqlənib. Bu qələbə sayəsində xallarının sayını 24-ə çatdıran "Vorskla" turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb.

Qeyd edək ki, "Vorskla" noyabrın 8-də Avropa Liqasının qrup mərhələsinin IV turunda "Qarabağ"ı qəbul edəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest