Futbol üzrə Nigeriya yığma komandasının hücumçusu Emmanuel Emenike özünə yeni komanda tapıb. Matc.az xəbər verir ki, o, bundan sonra Beçikanın 2-ci liqasında mübarizə aparan "Vesterlo"nun şərəfini qoruyacaq. 
 
Bu barədə sözügedən klubun rəsmi saytı məlumat yayıb. Azad agent statusu daşıyan futbolçu ilə müqavilənin müddəti açıqlanmayıb.
 
32 yaşlı futbolçu son olaraq formasını geyindiyi Yunanıstanın "Olimpiakos" klubundan ötən il ayrılmışdı. Emenike karyerası ərzində Türkiyənin "Karabükspor", "Fənərbaxça", Rusiyanın "Spartak" (Moskva), İngiltərənin "Vest Hem" klublarında da çıxış edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest