İngiltərənin "Mançester Yunayted" klubu qapıçısı David De Xea ilə müqavilənin müddətini uzadıb. Matc.az xəbər verir ki, 28 yaşlı ispaniyalı qolkiperlə yeni müqavilənin müddəti 2023-cü ilin yayına qədərdi.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Məlumata görə, klub 2023-cü ildə müqavilənin müddətini daha bir il artırmaq şansına da malik olacaq.
 
Britaniya mətbuatının məlumatına görə, De Xea yeni müqaviləyə əsasən həftəsinə 375 min funt-sterlinq qazanacaq. 
 
2011-ci ildən "Mançester Yunayted"də çıxış edən İspaniya yığmasının üzvü bu komandada 367 oyuna çıxıb. O, bu klubla Premyer Liqanın, Federasiya və Liqa Kubokunun, həmçinin Avropa Liqasının qalibi olub.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest