"Real"ın yarımmüdafiəçisi İsko İtaliyaya köçə bilər. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, "Yuventus" orta sahə oyunçusunun xidmətində maraqlıdı.

Turin təmsilçisi qış fasiləsində 27 yaşlı futbolçunun keçidini həll etməyə çalışacaq. "Kral klubu"nda əsas heyətə düşməkdə çətinlik çəkən İspaniya millisinin üzvü özü də komandasını dəyişməyin əleyhinə deyil. Madridlilər onun qiymətini 75 milyon avro dəyərində müəyyənləşdirib.

Qeyd edək ki, İskonun "Real"la müqavilə müddəti 2022-ci ilin yayına qədərdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest