"Barselona" İspaniya La Liqasının 4-cü turunda "Valensiya"nı məğlub edib – 5:2. Matc.az xarici mətbuata istinadən xəbər verir ki, sözügedən qarşılaşmada forma geyinən Kataloniya təmsilçisinin 16 yaşlı futbolçusu Ansu Fati yeni uğura imza atıb. 
 
Belə ki, Fati, La Liqa tarixində bir rəsmi oyunda 1 qol və 1 məhsuldar ötürmə edən ən gənc futbolçu olub.
 
Fati, həm də 21-ci əsrdə doğulan və "Barselona"nın əsas komandasında forma geyinən ilk oyunçudu.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest