Türkiyə çempionu "Qalatasaray" ciddi itki ilə üzləşib. Matc.az xəbər verir ki, "sarı-qırmızılar"ın futbolçusu Yunes Belhanda sıradan çıxıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
 
Super Liqanın 4-cü turunun "Kasımpaşa" ilə matçında çənəsinə zərbə alan Belhanda əməliyyat olunub. Mərakeşli futbolçu 2 ay yaşıl meydanlardan uzaq qalacaq.
 
"Qalatasaray" "Kasımpaşa"nı 1:0 hesabıyla məğlub edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest