Futbol üzrə Portuqaliya çempionatında 5-ci turun oyunları keçirilib. Matc.az xəbər verir ki, Azərbaycan yığmasının hücumçusu Renat Dadaşovun formasını geyindiyi "Pasuş de Ferreyra" da növbəti matçına çıxıb.
 
Sözügedən kollektiv səfərdə "Famalikao" ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 2:4.
 
Renat bu görüşün iştirakçısı olmayıb. Onun adı qarşılaşmanın iştirak ərizəsinə də daxil edilməyib.
 
Qeyd edək ki, Renat bu yay İngiltərənin "Vulverhempton" klubuna transfer olunsa da, "Pasuş de Ferreyra"ya 1 illik icarəyə verilib. Futbolçumuzun komandası hazırda 1 xalla 18 kollektiv arasında sonuncudu.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest