Beqoviç 2009-cü ildə debüt etdiyi Bosniya və Herseqovina milli komandasında 62 oyun keçirib. 32 yaşlı qapıçı "Qarabağ"la 4 aylıq icarə müqaviləsi bağlayıb.

Futbol üzrə Bosniya və Hersoqoviya millisinin baş məşqçisi Robert Prosineçki "Qarabağ"ın yeni transferi Asmir Beqoviç haqda açıqlama verib. Matc.az xəbər verir ki, Prosineçki yerli mətbuata verdiyi müsahibədə Beqoviçin milli komandaya mümkün dəvətindən danışıb:
 
"Beqoviç son dörd ayda heç yerdə oynamayıb. İndi o, "Qarabağ"a keçib. Beqoviç daim oynasa, milli komandaya çağırılma şansı qazanacaq".
 
Beqoviç 2009-cü ildə debüt etdiyi Bosniya və Herseqovina milli komandasında 62 oyun keçirib. 32 yaşlı qapıçı "Qarabağ"la 4 aylıq icarə müqaviləsi bağlayıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest