Futzal üzrə Birinci Liqada ilk tura yekun vurulub. Matc.az xəbər verir ki, günün ilk qələbəsini debütant "Red Line" aktivinə yazdırıb. 
 
2002-2003-cü il təvəllüdlü futzalçılardan qurulmuş U-19 isə əzmkar qələbə ilə yadda qalıb. Oyunun gedişində məğlub duruma düşən yığma ardıcıl 3 qol vurub. "Standard" isə böyükhesablı qələbə ilə digər rəqiblərindən seçilib. AZMİU da mövsümə 3 xalla başlayıb. Amma oyunun son dəqiqəsində komandalar hərəyə 2 qırmızı vərəqə alıb. Turun son matçı isə dramatikliyi ilə yadda qalıb. Oyun ərzində hesabda üstün olan ADBTİA finişə 1 saniyə qalmış qapısından bərabərlik topunu buraxıb.
 
"Ulduz" - "Red Line" 2:3
Qollar: A. Cəfərov, 11:33, G. Bahşiyev, 25:34 // P. Tağıyev, 17:05, F. Fazilov, 26:46, 27:58
Hakimlər: Rahin Heybətov, Nail Nağıyev, Vüsal Balaşov.
14 sentyabr. Bakı İdman Sarayı. Saat 18:00.
 
"Xızı Yasamal" - U-19 1:3
Qollar: R. Ələkbərov, 11:05 // Ş. Vəlizadə, 23:34, R. Eldarov, 27:22 (ö/q), N. Məmmədov, 29:59
Hakimlər: Kənan Məlikov, Nahid Xasıyev, Vüsal Balaşov.
14 sentyabr. Bakı İdman Sarayı. Saat 19:00.
 
"Standard" - "Metropoliten" 9:1
Qollar: M. Rəsulov, 05:19, 21:03, E. İsmayılov, 06:59, 18:00, 24:53, 26:09, 28:49,  R. İsmayılov, 20:24, F. Hüseynov, 23:29 // R. Cəlilov, 23:41.
Hakimlər: Kənan Məlikov, Hacəli Ağayev, Vaqif Musayev.
14 sentyabr. Bakı İdman Sarayı. Saat 20:00.
 
AZMİU - "Qarabağ-Füzuli" 5:2
Qollar: H. Mustafazadə, 03:20, 07:24, 17:22, 28:50, İ. Ayberkemre, 14:37 // E. Vahidov, 12:46, N. Ağayev, 25:30.
Hakimlər: Hikmət Qafarlı, Ceyhun Hüseynov, Elvin Ağayev.
14 sentyabr. Bakı İdman Sarayı. Saat 21:00.
 
"Rayyan" MFK – ADBTİA 4:4
Qollar: E. İsmayılov, 05:13, 29:59, M. Osmanov, 20:15, A. İzzətli, 25:23 // C. Baxşəliyev, 02:31, E. Cəbrayılov, 08:28, 08:43, Ə. Əliyev, 24:05.
Hakimlər: Hikmət Qafarlı, Anar Fərəcov, Elvin Ağayev.
14 sentyabr. Bakı İdman Sarayı. Saat 22:00.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest