Futbol üzrə Azərbaycan I Divizionunda III tura yekun vurulub. Sonuncu oyun günündə də üç görüş baş tutub.

Futbol üzrə Azərbaycan I Divizionunda III tura yekun vurulub. Matc.az xəbər verir ki, sonuncu oyun günündə də üç görüş baş tutub.
 
"Qaradağ Lökbatan" – "Ağsu" matçında qapılara qol vurulmayıb. Səfərdə "Neftçi-2" ilə qarşılaşan "Turan Tovuz" minimal hesabla qalib gəlib.
 
"Zirə-2"-nin qonağı olan "Qarabağ"ın əvəzedici komandası isə darmadağına sevinib. Bu oyunda Ağdam təmsilçisinin əsas komandasının baş məşqçisi Qurban Qurbanovun oğlu – Musa Qurbanlı het-triklə yadda qalıb.
 
I Divizion
III tur
14 sentyabr
 
"Zirə-2" – "Qarabağ-2" 1:7
Qol: Tapdıq Əhmədov, 41-pen – Müşfiq İlyasov, 9-öz qapısına. İzzət Müştaqov, 14. Musa Qurbanlı, 28; 52-pen; 75. Nihad Tamazov, 61. Cavid Bayramov, 76.
Hakimlər: Rəşad Əhmədov, Cəmil Quliyev, Kərim Zeynalov, Cahangir Yusifzadə.
"AZAL Arena".
 
"Neftçi-2" – "Turan Tovuz" 0:1
Qol: Emin Bağırov, 20.
Hakimlər: Rauf Cabarov, Nahid Əliyev, Taleh Məmmədov, Kamranbəy Rəhimov.
"ASK Arena".
 
"Qaradağ Lökbatan" – "Ağsu" 0:0
Hakimlər: Nicat İsmayıllı, Namiq Hüseynov, Zöhrab Abbasov, Rövşən Rəcəbov.
Lökbatan Olimpiya İdman Kompleksinin stadionu.
 
İlk oyun günündə qeydə alınan nəticələr belədi: "Kəpəz" – "Sumqayıt-2" 1:1, "Səbail-2" – "Sabah-2" 3:1, MOİK – "Keşlə-2" 3:2. III turda "Zaqatala" komandası istirahət edib.
 
1 Turan Tovuz 3 3 0 0 9-5 9
2 Səbail-2 3 2 0 1 6-4 6
3 Sabah-2 3 2 0 1 4-4 6
4 Neftçi-2 3 1 1 1 4-2 4
5 MOİK 2 1 1 0 5-4 4
6 Ağsu 3 1 1 1 5-5 4
7 Sumqayıt-2 3 1 1 1 3-4 4
8 Zaqatala 2 1 0 1 3-3 3
9 Qarabağ-2 2 1 0 1 9-4 3
10 Kəpəz 3 0 3 0 5-5 3
11 Keşlə-2 3 0 2 1 5-6 2
12 Qaradağ Lökbatan 3 0 1 2 4-8 1
13 Zirə-2 3 0 0 3 5-13 0

BOMBARDİR:

Tural Qürbətov (MOİK) - 3 qol
Tapdıq Əhmədov ("Zirə-2") - 3 qol
Musa Qurbanlı ("Qarabağ-2") - 3 qol

 

Qeyd: İntizam Komitəsinin qərarına əsasən II turda "Sumqayıt-2" komandasına 0-3 hesablı texniki məğlubiyyət verilib

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest