Futbol üzrə Ukrayna Premyer Liqasında 7-ci turun oyunları keçirilib. Matc.az xəbər verir ki, Azərbaycan yığmasının müdafiəçisi Pavel Paşayevin formasını geyindyi "Aleksandriya" da növbəti matçına çıxıb.
 
Sözügedən kollektiv doğma meydanda "Dnepr"lə qarşılaşıb. Futbolçumuzun komandası bu görüşdən qələbə ilə ayrılıb - 2:0.
 
Paşayev bu görüşün iştirakçısı olmayıb. O, sonadək ehtiyatda qalıb.
 
"Aleksandriya" 7 turdan sonra 12 xalla 12 kollektiv arasında 2-ci pillədə qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest