İspaniya çempionu "Barselona" ciddi itki ilə üzləşib. Matc.az xəbər verir ki, Fransa yığmasının heyətindən zədəli qayıdan Samuel Umtitinin bir müddət Kataloniya təmsilçisinə kömək edə bilməyəcəyi müəyyənləşib.
 
26 yaşlı müdafiəçinin bərpasına azı altı həftə sərf olunacaq. "Barselona"nı bu müddətdə La Liqada "Valensiya", "Qranada", "Vilyarreal", "Xetafe", "Sevilya" və "Eybar", UEFA çempionlar Liqasında isə "Borussiya" (Dortmund) və "İnter"lə (Milan) oyunlar gözləyir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest