İngiltərə Futbol Assosiasiyası "Nyuport Kaunti"nin futbolçusu Rayan İnnissə 5 oyunluq cəza verib. Matc.az xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.
 
Məlumatda bildirilir ki, buna oyunçunun "Vest Hem"ın U-23 kollektivi ilə görüşdə rəqibini dişləməsi səbəb olub. O, 4:5 hesabı ilə uduzduqları Futbol Liqası Kuboku matçına görə belə cəzaya məruz qalıb.
 
Əvvəlcə oyunçu 3 oyunluq cəzalandırılıb, ancaq FA bunu yetərli saymayıb və cəzanı 5 matça yüksəldib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest