Futbol üzrə Azərbaycan I Divizionunda III tura start verilib. Matc.az xəbər verir ki, ilk oyun günündə üç görüş baş tutub.
 
"Kəpəz" doğma meydanda "Sumqayıt"ın əvəzediciləri ilə heç-heçəyə razılaşıb.
 
Son çempionu MOİK "Keşlə-2" üzərində çətin qələbəyə sevinib. "Səbail-2" – "Sabah-2" görüşündə də meydan sahibləri qalib gəliblər.
 
I Divizion
III tur
13 sentyabr
 
"Kəpəz" – "Sumqayıt-2" 1:1
Qol: Fuad Bayramov, 65-öz qapısına – İbrahim Əliyev, 3.
Hakimlər: Rəvan Həmzəzadə, Rza Məmmədov, Ruslan Quliyev, Namiq Bəkirov.
Gəncə şəhər stadionu.
 
"Səbail-2" – "Sabah-2" 3:1
Qol: Bahadur Həziyev, 20. Kənan Quliyev, 45+1. Vidadi Cəfərov, 51 – Murad Bağırov, 63.
Hakimlər: Rauf Allahverdiyev, Mübariz Haşımov, Kamran Bayramov, Rəhim Həsənov.
"ASCO Arena".
 
MOİK – "Keşlə-2" 3:2
Qol: Tural Qürbətov, 37; 74. Camal Camalov, 90+4 – Xəzər Mahmudov, 38. Əli Əliyev, 88-öz qapısına.
Hakimlər: Səbuhi Bayramov, Müslüm Əliyev, Eyyub İbrahimov, Kamranbəy Rəhimov.
Lökbatan Olimpiya İdman Kompleksinin stadionu.
 
14 sentyabr
 
"Zirə-2" – "Qarabağ-2"
Hakimlər: Rəşad Əhmədov, Cəmil Quliyev, Kərim Zeynalov, Cahangir Yusifzadə
"AZAL Arena"
 
"Neftçi-2" – "Turan Tovuz"
Hakimlər: Rauf Cabarov, Nahid Əliyev, Taleh Məmmədov, Kamranbəy Rəhimov
"ASK Arena"
 
"Qaradağ Lökbatan" – "Ağsu"
Hakimlər: Nicat İsmayıllı, Namiq Hüseynov, Zöhrab Abbasov, Rövşən Rəcəbov
Lökbatan Olimpiya İdman Kompleksinin stadionu
 
Qeyd: Turun bütün görüşləri saat 16:00-da başlayacaq. III turda "Zaqatala" komandası istirahət edir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest