"Mançester Siti" İngiltərədə "transfer pəncərəsi"nin formatı ilə bağlı yeni təklif irəli sürüb. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, "şəhərlilər" transfer dönəminin iki hissədən ibarət olmasının tərəfdarıdı.

Son çempion Premyer Liqa klublarının öz aralarında oyun alqı-satqısının indiki kimi, mövsümün startı öncəsi yekunlaşması ilə razıdı. Ancaq mançesterlilər ölkə xaricindəki klublardan oyunçu almaq məsələsinin Avropadakı ilə tarazlanmasını istəyirlər.

Onların istəyi reallaşarsa, ikinci transfer dönəmi sentyabra qədər davam edəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest