İngiltərə Premyer Liqasında avqust ayının ən yaxşı baş məşqçisi müəyyənləşib. Matc.az saytının məlumatına görə, bu ada "Liverpul"un çalışdırıcısı Yurgen Klopp layiq görülüb.

"Qırmızılar" onun rəhbərliyi altında çempionatda keçirdiyi 4 oyunun hamısında qələbə qazanıb və 12 qola imza atıb. Klopp bununla 4-cü dəfə Premyer Liqada ayın ən yaxşısı seçilib.

Qeyd edək ki, Kloppla yanaşı, Pep Qvardiola ("Mançester Siti"), Roy Hocson ("Kristal Pelas") və Brendan Rojers ("Lester") bu mükafata namizəd idilər.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest