İngiltərə Premyer Liqasında avqust ayının ən yaxşı futbolçusu müəyyənləşib. Matc.az xəbər verir ki, 6 oyunçu arasından seçim aparılıb.

Belə ki, Serxio Aquero, Kevin De Bruyne, Rahim Sterlinq (hamısı "Mançester Siti"), Roberto Firmino ("Liverpul"), Teemu Pukki ("Norviç") və Eşli Barns ("Bernli") bu ada namizəd idilər.

üstünlük isə Pukkiyə verilib. "Norviç"in finlandiyalı forvardı ötən ay "Nyukasl"la matçda het-trik edib, "Liverpul" (1:4) və "çelsi" (2:3) ilə qarşılaşmalarda isə 1 dəfə fərqlənib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest