"Monako" futbolçusu Sofyan Diopu icarəyə verib. Matc.az xəbər verir ki, 19 yaşlı yarımmüdafiəçi 2019-20 mövsümünü "Soşo"da keçirəcək.

Bu barədə Liqa 2 təmsilçisinin rəsmi saytı məlumat yayıb.

19 yaşadək futbolçulardan ibarət Fransa millisinin də üzvü olan Diop ötən mövsüm "Monako" formasıyla 22 oyunda iştirak edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest