"Yuventus"un zədəli futbolçusu Marko Pyatsa sağalıb. Matc.az xəbər verir ki, 24 yaşlı yarımmüdafiəçi artıq komanda ilə birgə məşqlərə başlayıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
 
ötən mövsümü icarə əsasında "Fiorentina"da keçirən Pyatsa mart ayından zədəli idi. Yarımmüdafiəçi zədə səbəbindən Xorvatiya millisinin Aç-2020-nin seçmə mərhələsi çərçivəsində səfərdə Slovakiya və Azərbaycana qarşı keçirdiyi oyunlarda iştirak etməmişdi.
 
Xorvatiya millisi Slovakiyanı 4:0 hesabıyla məğlub edib, Azərbaycanla isə qollu bərabərə qalıb – 1:1.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest