"Barselona"nın kapitanı Lionel Messinin dönüşü yubanır. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, argentinalı superulduz komandasının növbəti tur oyununu da buraxmalı olacaq.

Məsələ burasındadı ki, Leonun sağalma prosesi gözləniləndən yavaş gedir. Bu üzdən həkimlər onun "Valensiya" ilə qarşılaşmada da iştirakına qadağa qoyub. Messidən fərqli, artıq tamam sağalan digər hücumçu Luis Sures həftəsonu məşqçilər korpusunun ixtiyarında olacaq.

Qeyd edək ki, La Liqanın III turu çərçivəsində keçiriləcək "Barselona" - "Valensiya" oyunu sentyabrın 14-də baş tutacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest