Avropa çempionatının seçmə mərhələsində Kosovo ilə qarşılaşan İngiltərə yığması 5:3 hesablı qələbəyə sevinib. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, ingilislər bununla öz rekordunu təkrarlayıb.

Belə ki, komanda 2019-cu ildə artıq üçüncü oyundu ki, rəqib qapısından 5 top keçirir. Qaret Sautqeytin yetirmələri çexiyanı 5:0, Monteneqronu isə 5:1 hesabı ilə məğlub edib.

Dumanlı Albion təmsilçisi sonuncu dəfə 1960-cı ildə buna nail olmuşdu. Komanda 59 il əvvəl də bir il ərzində 3 oyunda 5 qola imza atmışdı.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest