Avropa çempionatının seçmə mərhələsində keçirilən Azərbaycan - Xorvatiya oyununu izləyənlər arasında xarici klub nümayəndələri də olub. Matc.az saytının Türkiyə mətbuatına istinadən məlumatına görə, konkret olaraq "Trabzonspor" skautları "Bakcell Arena"dakı qarşılaşmanı canlı izləyib.

"Fotospor"un iddiasına əsasən, 1:1 hesabı ilə başa çatan qarşılaşmada millimizin hücumçusu Mahir Emrelinin çıxışı "bordo-mavililər"in ürəyincə olub. Hətta baş məşqçi ünal Karamanın da ixtiyarında görmək istədiyi gənc forvarda bununla bağlı zəng edildiyi bildirilir. Qara dəniz təmsilçisi "Qarabağ"ın oyunçusuna gələcəyin yatırımı gözü ilə baxır.

Qeyd edək ki, yay fasiləsində Mahir Emrelinin adı Türkiyə və İspaniya klubları ilə birgə hallansa da, hücumçu sonda "Qarabağ"da qalıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest