"Yuventus"un yeni transferi Adrien Rabyo ilə sabiq komandası PSJ arasında gedən məhkəmə başa çatıb. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, Fransa millisinin üzvü parislilərə qalib gəlib.

Məsələ burasındadı ki, ötən mövsüm yeni müqaviləyə razılıq vermədiyi üçün əsas komandadan göndərilən 24 yaşlı orta sahə oyunçusunun 40 min avroluq bonusu da kəsilmişdi. Buna etiraz olaraq futbolçu klubu məhkəməyə vermişdi. Fransa Liqası Apelyasiya Komissiyası da futbolçunu dəstəkləyib. Nəticədə qərar Rabyonun xeyrinə verilib.

Qeyd edək ki, Adrien Rabyo "Yuventus"a yayda azad agent kimi keçib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest