PSJ hücumçusu Neymarı satmaq qərarına gəlib. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, buna səbəb futbolçunun davranışlarıdı.

Belə ki, "Barselona"ya transferi baş tutmayan "sambaçı" komanda daxilində gərginlik yaratmaqla məşğuldu. Parislilərin idman direktoru Leonardo onun satılması ilə bağlı danışıqlara başlayıb. Fransa çempionu qış fasiləsində sərfəli təklif müqabilində 27 yaşlı oyunçunu satacaq.

Qeyd edək ki, Neymarın PSJ ilə müqavilə müddəti 2022-ci ilin yayına qədərdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest