İspaniyalı hücumameyilli oyunçu Azərbaycan çempionunun 2:0 hesabı ilə qalib gəldiyi görüşün 90-cı dəqiqəsində Abdullah Zubiri əvəzləməklə həsrətə son qoyub.

"Qarabağ"ın yarımmüdafiəçisi Dani Kintana cari mövsüm Topaz Premyer Liqasında debüt edib. Matç.az saytının məlumatına görə, bu, X turda "Sumqayıt"la qarşılaşmada baş verib.

İspaniyalı hücumameyilli oyunçu Azərbaycan çempionunun 2:0 hesabı ilə qalib gəldiyi görüşün 90-cı dəqiqəsində Abdullah Zubiri əvəzləməklə həsrətə son qoyub. Buna qədər sonuncu dəfə çempionlar Liqasının II təsnifat mərhələsində "Kukesi" ilə oyunda iştirak edən Kintana 93 günlük həsrətə yenə Tofiq Bəhramov adına Respublika Stadionunda son qoyub. Avqustun 1-də bu arenada "Kukesi"ni qəbul edən "Qarabağ"ın (3:0) heyətində Kintana 24 və 57-ci dəqiqədə penalti zərbələri ilə dubl etsə də, 60-cı dəqiqədə Con Delarjla əvəzlənmişdi.

31 yaşlı oyunçu ölkə çempionatında son oyununu isə ötən mövsümün axırıncı turunda "Qəbələ" ilə görüşdə keçirmişdi. "Qarabağ"ın Suraxanıda qonaq qismində meydana çıxdığı həmin matç mayın 21-nə təsadüf edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest