Aç-2020-nin seçmə mərhələsinin Xorvatiya ilə qarşılaşması Azərbaycan yığmasında daha bir debütlə əlamətdar olub. Matc.az xəbər verir ki, "Bakcell Arena"dakı görüşə ilk dəqiqələrdən çıxan Emil Balayev milli komandada ilk matçını keçirir.
 
Qazaxıstanın "Tobol" klubunda legioner həyatı yaşayan 25 yaşlı qolkiper bunadək dəfələrlə çağırıldığı yığmada ilk sınağına çıxıb. O, Azərbaycan yığmasının tarixinə 233-cü futbolçu kimi düşüb. E.Balayevə qədər 232 oyunçu milli forması geyinib. Onlar arasında rekordçu Rəşad Sadıqovdur – 111 oyun.
 
Debütant yığma tarixinə 19-cu qapıçı kimi düşüb. Xorvatiya ilə matça qədər 18 qolkiper millinin heyətində meydana çıxmışdı. Əlcək sahibləri arasında rekordçu Kamran Ağayevdir – 79 oyun.
 
Qeyd edək ki, bu gün "Bakcell Arena"da keçirilən matçda daha iki futbolçu debüt edə bilər. Bunlar indiyədək yığmada heç bir oyuna çıxmayan ömər Buludov və Şahrudin Məhəmmədliyevdir. Bəhlul Mustafazadə isə üç gün öncə Uelslə Kardiffdəki görüşdə debüt şansı qazanıb. (APA)

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest