"Fiorentina"nın hücumçusu Federiko Kyeza komandada qalacaq. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, florensiyalılar ona yeni müqavilə təklif edib.

Bir neçə nəhəng klubun maraq dairəsində olan gənc forvardla bu yöndə danışıqlar davam edir. İtaliya millisinin üzvü buna razılıq versə, illik məvacibi 3,5 milyon avroya yüksəldiləcək. Eyni zamanda əlavə bonuslar da olacaq.

Qeyd edək ki, Kyezanın hazırkı müqavilə müddəti 2022-ci ilin yayına qədərdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest