"Yuventus"un baş məşqçisi Mauritsio Sarri komandanın hücumçusu Kriştianu Ronaldo ilə bağlı arzusunu dilə gətirib. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, italiyalı mütəxəssis yetirməsindən A seriyasının bombardirliyini gözləyir.

Sarri konkret olaraq portuqaliyalının çempionatda 40 qol vurmasını istəyir. Onun arzusu reallaşarsa, Ronaldo yeni rekorda imza atacaq. çünki A seriyasında indiyə qədər bir mövsümdə ən çox qolu Qonsalo İquain ("Napoli" - 36 qol) vurub.

Qeyd edək ki, Ronaldo İtaliya çempionatının ilk iki turunda 1 qola imza atıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest