Futbol üzrə Litva 1-ci liqasında 23-cü turun oyunları keçirilib. Matc.az xəbər verir ki, azərbaycanlı futbolçu Kamran Quliyevin formasını geyindiyi "Jonava" da növbəti matçına çıxıb.
 
Sözügedən kollektiv doğma meydanda "Pakruojis"lə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb – 7:1.
 
Kamran da bu matçın iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 84-cü dəqiqədə əvəzlənib. Komandasının iki qoluna da Quliyev imza atıb. 16 və 77-ci dəqiqələrdə fərqlənən gənclərdən ibarət millimizin üzvü cari mövsümdə vurduğu qolların sayını 10-a çatdırıb.
 
"Jonava" hazırda 36 xalla 16 iştirakçı arasında 5-ci pillədə qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest