Valletta şəhərində təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması daha bir yoldaşlıq oyunu keçirib. Matc.az xəbər verir ki, Maltanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşma 0:0 hesabı ilə başa çatıb. 
 
Xatırladaq ki, bu komandalar arasında bir neçə gün öncə baş tutan ilk sınaq matçında da qalib müəyyənləşməmişdi – 2:2.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest