Somali millisi Dç-2022-nin Afrika üzrə seçmə mərhələsində Zimbabveni məğlub edib – 1:0. Matc.az xarici mətbuata istinadən xəbər verir ki, Somali bununla da, milli komanda tarixində ikinci dəfə bir rəsmi turnirin seçmə mərhələsində qələbə qazanıb. 
 
Yığma ilk dəfə 35 il əvvəl – 1984-cü ildə Afrika Millətlər Kubokunda Keniyanı məğlub etmişdi.
 
Dç-2022-də Afrika qitəsindən 5 komanda iştirak edəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest