"Mançester Yunayted"in müdafiəçisi Markos Roxo komandasını dəyişmək niyyətindədi. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, bunu 29 yaşlı futbolçu özü deyib.

O, Argentina yığmasındakı mövqeyini itirməmək üçün bu addıma əl atmaq istəyində olduğunu söyləyib: "Millinin baş məşqçisi Lionel Skaloni ilə söhbətim oldu. O, mövsümöncəsi hazırlıq zamanı fəal olduğum üçün mənə dəvət göndərdi. Ancaq oyun praktikasından əziyyət çəkirəm. Yığmada əsas heyətə düşmək üçün klubumda oynamalıyam. Yayda "Everton"a keçə bilərdim, məşqçilər korpusu buna icazə vermədi. Dekabra qədər döyüşəcəm. Əgər heyətə düşə bilməsəm, "Mançester Yunayted"dən getməyə çalışacam. Yığmadan kənarda qalmaq istəmirəm".

Qeyd edək ki, Markos Roxo 2014-c ildən "Mançester Yunayted"də çıxış edir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest