Qazaxıstan Premyer Liqasında XXXII turun oyunları keçirilir. Matç.az saytının məlumatına görə, Azərbaycan millisinin yarımmüdafiəçisi Riçard Almeydanın şərəfini qoruduğu "Astana" sona bir tur qalmış ikinci pillənin sahibi "Kayrat"ı qəbul edib.

Hesabı qonaqlar açmasına baxmayaraq, "Astana" sonda 3:2 hesablı qələbə qazanıb. Matça ehtiyatdan başlayan Almeyda bütün qollar vurulduqdan sonra – 62-ci dəqiqədə meydana daxil olub.

Qeyd edək ki, çempionluğu çoxdan təmin edən "Astana"nın aktivində 74 xal var.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest