Dünyanın yaşıl meydanlarında yığma komandalar səviyyəsində yoxlama oyunları keçirilib. Matc.az xəbər verir ki, Aç-2020-nin seçmə mərhələsi çərçivəsində Azərbaycan millisi ilə eyni qrupda mübarizə aparan Macarıstan yığması da yoxlama görüşündə qüvvəsini sınayıb.

Sözügedən kollektiv Monteneqro ilə üz-üzə gəlib. Hesabı yığmamızın rəqibi açsa da, hər hissədə bir qol buraxan macarlar sonda meydanı məğlubiyyətlə tərk ediblər.
 
Qonşu Gürcüstan millisi Cənubi Koreya yığması ilə qarşılaşıb. Dörd qolun qeydə alındığı matçda qalib müəyyənləşməyib.
 
Yoxlama oyunları
5 sentyabr
 
Yaponiya – Paraqvay 2:0

Cənubi Koreya – Gürcüstan 2:2

Səudiyyə Ərəbistanı – Mali 1:1

Monteneqro – Macarıstan 2:1

Şimali İrlandiya – Lüksemburq 1:0

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest