Türkiyə çempionu "Qalatasaray"ın baş məşqçisi Fatih Terim 4 oyunluq diskvalifikasiyaya məruz qalıb. Matc.az xəbər verir ki, təcrübəli mütəxəssis Super Liqanın 3-cü turu çərçivəsində qarşılaşdıqları "Kayserispor"la oyundan sonrakı açıqlamalarına görə cəzalanıb.
 
Türkiyə Futbol Federasiyasının İntizam Komitəsi Terimi həmin açıqlamalarla əlaqədar 19 min TL cərimə də edib. "Qalatasaray"ın baş məşqçisi qarşıdakı turlarda "Kasımpaşa", "Malatyaspor", "Fənərbaxça" və "Gənclərbirliyi" ilə oyunlarda texniki zonada yer ala bilməyəcək.
 
"Qalatasaray"ın məşqçisi ümit Davala da rəqib komandanın azarkeşlərini təhqir etdiyinə görə 3 oyunluq cəzalandırılıb, 19 min 500 TL cərimələnib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest