"Real" həftə ərzində ikinci məşqinə çıxıb. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, "kral klubu"nun oyunçuları "Kastilya" ilə birlikdə məşq edib.

Buna səbəb zədəlilərin və milli komandalara yollanan oyunçuların çoxluğudu. Bu üzdən Marselo, Naço, Ferlan Mendi, Alvaro Odriosola, Lukas Vaskes, Mariano Dias və Rodriqo ikinci komanda ilə hazırlaşıb.

Kərim Benzema trenajor zalında məşq edibsə, Eden Azar, İsko, Marko Asensio və Hames Rodriges zədədən sonra bərp prosesi keçiblər. Belçikalı fərdi məşqlər etsə də, toplu çalışmalara qatılmayıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest